İstanbul ətrafında yeni şəhərciklər yaradılacaq – Ərdoğan

İstanbulda 220 min bina zəlzələ baş verdiyi halda dağılma riski altındadır.

İnterval.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz 1999-cu ildən əvvəl tikilmiş binaların risk analizini aparmağa başladıq. Bu binaların əksəriyyətinin təcili olaraq yenidən inşa edilməsi lazımdır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan, həmçinin, İstanbul ətrafında yeni şəhərciklərin meydana gələcəyini və binalarının yenidən inşasına razı olanların həmin ərazilərə köçürülməsinin mümkün olacağını da bildirib.

Yıldıray Arslan

İnterval.Az


Bütün xəbərlər