Belçikalı qadın gimnastlar Bakıda birinci yeri tutdu

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya Çempionatında temp hərəkətləri proqramında Belçikanı təmsil edən qadınlardan ibarət qrup 29,130 ​​xalla birinci yeri tutub.

Interval.Az xəbər verir ki, ikinci yerdə Portuqaliyadan olan qadın üçlüyü (28,210 xal), üçüncü yerdə İsraili təmsil edən idmançılar (28,140 xal) qərarlaşıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

Interval.Az


Bütün xəbərlər