Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir – Baş prokuror

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir – Baş prokuror

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir.

Interval.az  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, Ermənistanın cinayətləri ilə bağlı bütün işlər Hərbi prokurorluqda xüsusi şöbədə cəmləşib və bütün hallar rəsmiləşdirilir, sübutlar toplanılır.

“Bunlar həm beynəlxalq məhkəmələrə müraciət edəndə istifadə olunur, həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində də işlər davam etdirilir.

Azərbaycana qarşı törədilən cinayətlərdə iştirakı olan bir sıra erməni əsilli şəxslər məsuliyyətə cəlb edilib, cəzalar alıblar və bu istiqamətdə biz fəaliyyətimizi davam etdirirk”, – deyə K.Əliyev bildirib.

interval.az


Bütün xəbərlər