Çövkən üzrə Prezident Kuboku uğrunda yarışlar keçiriləcək.

15-24 dekabr 2023-cü il

İnterval.Az  bildirir ki,   Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 15-24 dekabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Çövkən üzrə Prezident Kuboku uğrunda yarışlar keçiriləcək.

Yarışda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Prezident Kuboku uğrunda yarışlar təşkil olunacaq.

Çövkən üzrə Prezident Kuboku uğrunda mübarizədə 2 qrup olmaqla “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları iştirak edəcəkdir.

Çempionata 15 dekabr saat 10:00-da start veriləcək.

Günün 3 oyunu 10, 11 və 12-də ardıcıllıqla baş tutacaq.

Daha sonra 15:00-da təntənəli açılış mərasimi təşkil olunacaq.

1 saatlıq rəsmi hissədən sonra 16:00-da günün sayca 4-cü və son qrup oyunu keçiriləcək.

17 və 19 dekabr 2023-cü il tarixdə hər gün 4 oyun olmaqla Prezident Kubokunun digər 8 qrup oyunu səhər 10:00-dan etibarən oynanılacaqdır.

21 Dekabr 2023-cü il tarixdə saat 10:00 və 11:00-da qruplar arasında yarımfinal oyunu keçiriləcəkdir.

23 Dekabr 2023-cü il tarixdə Çövkən üzrə Prezident Kuboku oyunun 3-cülük uğrunda oyunu keçiriləcək.

3-cülük uğrunda oyun 10:00-da başlayacaqdır.

24 Dekabr 2023-cü il tarixdə Final oyunu keçiriləcəkdir.

14 Dekabr 2023-cü il tarixdə saat 12:00-da Sərhədçi İdman Mərkəzinin 3-cü mərtəbəsində Akt zalında mətbuat konfransı keçiriləcəkdir.

Mətbuat konfransında Çövkən üzrə Prezident Kubokunun püşkatması da təşkil olunacaqdır.

Zamiq Yunisov

İnterval.Az  


Bütün xəbərlər