Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.


Bütün xəbərlər