Əks zolaqla irəliləyən “Oka” ağır yol qəzası törətdi – VİDEO

Rusiyanın Tula əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri videoregistrator tərəfindən görüntülənib.

İnterval.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident əyalət ərazisindən keçən M4 trasında qeydə alınıb.

Kadrlarda, “Oka” markalı minik avtomobilin sürücüsü yolun dar, havanın da qaranlıq olmasını nəzərə almadan hərəkətin əks istiqamətinə çıxdığı, əvvəlcə ilk qarşısına çıxan yük maşınından manevr edərək qəzadan qurtulduğu, lakin ikinci yük maşını ilə toqquşmaqdan xilas ola bilmədiyi görülür. Zərbənin təsirindən “Oka” hərəkətdə olan “Lada” markalı avtomobilə çırpılır.

Nəticədə “Oka”nın 42 yaşlı sürücüsü hadisə yerində dünyasını dəyişib. “Lada”nın qadın sürücüsünə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

http://


Bütün xəbərlər