Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə İnterval.Az a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər