8 yaşlı Əminə Maksim Qalkini heyran qoydu – VİDEO – FOTO

Rusiyanın Troitsk şəhərində yaşayan 8 yaşlı azərbaycanlı qız – Əminə Qasımova “Birinci kanal”da Maksim Qalkinin təqdimatında yayımlanan “Luçşe vsex!” proqramının qonağı olub.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Maksim Qalkini təkcə öz mahnısında gözlənilmədən caz improvizəsi etməsi ilə yox, həm də aparıcının həyat yoldaşı, Rusiya estradasının primadonnası Alla Puqaçovanın “Zvyozdnoye leto” meqahitini oxumağı ilə təəccübləndirib. Sonuncunu o, Azərbaycan musiqi alətlərinin yer aldığı “Abşeron” ansamblının müşayiəti ilə ifa edib.

“Alla heyran qalacaq!”, – Əminə Qasımovanın ifasından sonra Maksim Qalkin “Birinci kanal”ın efirində deyib. Bundan sonra qıza “Luçşe vsex!” şousunun medalı təqdim edilib.

4 yaşından vokalla məşğul olan Əminə müxtəlif müsabiqələrdə çıxış edir, eləcə də müəllif mahnıları yazır. Əminənin sözlərinə görə, oxumaq həmişə onun arzusu olub, hansını ki, o, həyata keçirib.

http://


Bütün xəbərlər