“”Tərtər İşi”-ni nağıl adlandırmamışam” – Xanlar Vəliyev

#CƏMİYYƏT

“Tərtət işi” bağlı məsələlər gündəmdən düşmür. Sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr, yazılar davam edir. Bu günlərdə məsələ Milli Məclis səviyyəsinə qalxmış, orda müzakirələr zamanı deputatlar keçmiş Baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbiçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu bildirmişdilər.

Interval.Az  xəbər verir ki,  manset.az məsələni diqqətdə saxlayaraq məlum Tərtər hadisələri ilə bağlı Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxlayıb. O suallara cavab verərək deputatları məlumatsızlıqda günahlandırıb.

Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

-Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

Bəs siz bir vaxtlar Tərtər hadisələrini “Nağıl” adlandırırdız, nə baş verir? indi reallığa çevrilib?

“Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təziq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.

Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?

“Mən niyə üzr istəməliyəm. Hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.”

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər