Aygünlə Röya barışıb?

Uzun illər küsülü olan Xalq artistləri Aygün Kazımova və Röya Ayxan arasında sular durulmağa başlayıb.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, Aygün Röyanın “Altın kelebek” mükafatlandırma gecəsi ilə bağlı paylaşımına “like” qoyub. Bu isə müğənnilər arasındakı barışıq addımı kimi qiymətləndirilib.

Maraqlısı isə odur ki, ifaçılar İnstaqram-da bir-birini izləmir.

Qeyd edək ki, Aygünlə Röya arasında uzun illərdir qalmaqal yaşanır. Bir neçə il əvvəl müğənnilərin məclislərin birində barışdığı iddia olunsa da, onlar heç vaxt bir arada görüntülənməyiblər.


Bütün xəbərlər