Ermənistanda qəzet redaksiyasına basqın edildi

Dekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın “Joxovurd” (Xalq) qəzetinin redaksiyasına basqın ediblər.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Knar Manukyan danışıb.

“Burada hər şeyi alt-üst ediblər, mənim kabinetimdə xaos hökm sürür. Mənə elə gəlir ki, naməlum şəxslər nəsə axtarıblar.

Bunun nə olduğunu deyə bilmərəm, lakin bu qarət cəhdi deyil, çünki bütün qiymətli əşyalar yerindədir”, – Manukyan bildirib.


Bütün xəbərlər