Rusiya və Ukrayna müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər

Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Interval.Az Ukrayna mediasına istinadən bildirir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:

“Tərəflər müvəqqəti atəşkəs və hərbi əməliyyatların getdiyi bölgələrdəki yaşayış məntəqələrinin sakinlərinin təlxiyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair anlaşdılar”, – Podolyak söyləyib.

Interval.Az


Bütün xəbərlər