Ərdoğan Putinlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.

İnterval.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, tərəflərin görüş zamanı Zəngəzur dəhlizi layihəsi, Suriyadakı son vəziyyət, Taxıl Dəhlizi Sazişi və ikitərəfli ticarət əlaqələrini də müzakirə etməsi gözlənilir.

Qeyd edək ki, Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixi açıqlanmasa da, səfərin avqust ayında baş tutacağı gözlənilir.

Yıldray Arslan    

İnterval.Az


Bütün xəbərlər