FİFA ən yaxşı baş məşqçi adına 3 namizədi açıqladı

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin sayını üçə enib.

Interval.az  xəbər verir ki, bunlar İtaliya millisinin baş məşqçisi Roberto Mançini, “Mançester Siti”dən Xosep Qvardiola və “Çelsi”nin çalışdırıcısı Tomas Tuxeldir .

“The Best” mükafatı yanvarın 17-də İsveçrənin Sürix şəhərində təqdim ediləcək.

Qeyd edək ki, Mançini İtaliya millisi ilə Avro-2020-nin, Tuxel “Çelsi” ilə Çempionlar Liqasının, Qvardiola isə “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının qalibi olub. “Şəhərlilər” ÇL-in finalına qədər irəliləməyi də bacarıb.

Interval.az


Bütün xəbərlər