Gövhər Həsənzadədən “Avroviziya” ETİRAZI: “Avropa tamaşaçısının eşitmək istədiyi o musiqi deyil”

Gövhər Həsənzadədən “Avroviziya” ETİRAZI: “Avropa tamaşaçısının eşitmək istədiyi o musiqi deyil”

Interval.Az  Bizim.Media-a   istinadən xəbər verir ki, Hazırda oxunan: Gövhər Həsənzadədən “Avroviziya” ETİRAZI: “Avropa tamaşaçısının eşitmək istədiyi o musiqi deyil”

Xəbər verdiyimiz kimi, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin qalibi – “Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush” qrupu 631 xalla birinci olub.

Müsabiqə ətrafında baş verən qalmaqallı hadisələr bir-birini əvəzləyib. İstər təmsilçilərinin çıxışı, istərsə də səsvermədəki səhvlər müsabiqənin ciddiliyini kölgə altına salıb.

Bizim.Media-nın əməkdaşı müsabiqə ilə bağlı Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə əlaqə saxlayıb.

G.Həsənzadə təmsilçimiz Nadir Rüstəmlinin ifasını bəyənsə də, lakin Avropa bəstəkarının onun üçün yazdığı mahnını bəyənmədiyini, eləcə də həmin əsərin Avropa tamaşaçısına maraqlı olmadığını da dilə gətirib.

“Nə qədər ki, biz “Avroviziya”ya lazımi, Azərbaycanı layiqincə təmsil edən öz musiqimizi verməyəcəyik, qalibiyyətimiz kölgə altında qalacaq. Deyirlər ki, təmsilçimiz üçün məhz Avropa bəstəkarı mahnı yazmalıdır ki, Avropa tamaşaçısına uyğun olsun. Amma bu, heç də belə olmadı.
Avropa tamaşaçısından gələn o 3 bal bütün fikirləri alt-üst etdi. Çünki Avropa tamaşaçısının eşitmək istədiyi o musiqi deyil. Avropa tamaşaçısı gündə eşitdiyi, sıradan öz bəstəkarının yazdığı musiqini deyil, bu müsabiqədə başqa ölkələrin musiqilərinin müasir avropalaşmış versiyasını eştimək istəyir.

O, maraqlı bir musiqi dinləmək istəyir. Gündə eşitdiyi musiqini deyil. Yenə də sübüt olundu ki, hər ölkə öz musiqisini öz yaradıcı insanları ilə hazırlayıb “Avroviziya”ya göndərməlidir. Düşünürəm ki, belə olsaydı, çıxışımız daha rəngarəng və parlaq olardı. İfaçımız Avropa səhnəsində əlindən gələni elədi.

Nadir maksimum şəkildə öz ifasını icra etdi. Onun ifasına və performansına irad yoxdur. Münsiflər heyətinin peşəkar rəyinə heç zaman istinad etmirəm. Çünki peşəkarların musiqiyə münasibəti tam fərqlidir. Bu müsabiqə peşəkarların, bəstəkarların mahnı yarışması deyil. Bu, tamaşaçılar üçün müsabiqədir.

Bunu da nəzərə almaq lazımdır ki, bu gün tamaşaçı üçün nələr maraqlıdır? Avropa tamaçaçısı Azərbaycandan tam fərqli və maraqlı nələrsə gözləyirdi. Amma onu ala bilmədi”. 

G.Həsənzadə Ukraynanın birinciliyə çıxmasını Avropa tamaşaçısının o ölkəyə olan həmrəyliyinin göstəricisi kimi qiymətləndirib:

“Ukraynanı tamaşaçı seçdi. Avropa tamaşaçısı Ukraynanın nə oxuduğunu, nə etdiyini deyil, o ölkəyə olan həmrəyliyini nümayiş etdi. Ukraynada baş verən hadisələrə münasibət göstərdilər.
Çox istəyirdim ki, İtaliya və ya Böyük Britaniya qalib gəlsin. Onların təmsilçiləri həm ifa, həm də perfomans baxımından digər ölkələrdən güclü idilər. Belçikanın təmsilçisi yaxşı idi. Əsas da onların səhnədəki rəqslərini çox bəyəndim. Yunanıstan təmsilçisinin çıxışı da ürəyimcə oldu. Avstraliya müsabiqədə heç bir xal qazana bilməsə də, lakin “Avroviziya” formatına uyğun bir nömrələri vardı. Fərqli idilər. Sonra üzünə taxdığı maskanı çıxardı. Maskanın altında çox yaraşıqlı bir simanı gördük. Ürəyimi çox açdı”.

Interval.Az 


Bütün xəbərlər