Dilarə Kazımova “Akustikhanə”də – VİDEO – FOTO

Müğənni Dilarə Kazımova Türkiyənin ən populyar layihəsi olan “Akustikhane”yə dəvət olunub. Əsasən fərqli və bənzərsiz canlı ifaların yer aldığı verilişdə müğənni sevilən mahnılarını səsləndirib.

İnterval.Az-ın məlumatına görə, Türkiyədə və onun sərhədlərindən kənarda geniş kütlənin rəğbətini qazanan “Akustikhane”də D.Kazımova xüsusi sevgiylə qarşılanıb. Onun canlı ifa tərzi və mahnıları geniş izləyici marağına səbəb olub. İfaçı “Sarı gəlin”, “Qurban adına”, “Danış” da daxil olmaqla “Akustikhanə”də 8 mahnı ifa edib.

Sənətə gəlişiylə bağlı sualları cavablandıran müğənni bildirib ki, bu sahəni seçməsində onun yaradıcı mühitdə böyüməsinin xüsusi rolu olub. Konservatoriya təhsili isə onu peşəkar musiqiyə gətirib.

Qeyd edək ki, 2010-cu ildən yayımlanan “Akustikhanə” özünəməxsus tərzi və ifası ilə seçilən müğənnilərin səs və video yazılarını yayımlayaraq geniş auditoriya toplayıb.


Bütün xəbərlər