Günün qoroskopu

Interval.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç – günün ilk yarısında yaxşı əhvalda olun. Vaxtınızı boş işlərə sərf etməyin. Yeni layihəyə başlamaq niyyətiniz varsa, orientirləri müəyyənləşdirin. Maraqlandığınız prosesə yaxınlarınızı, etibar etdiyiniz insanları da cəlb edə bilərsiniz.

Günün ikinci yarısı fəalliyyəti intensivləşdirmək üçün münasib zamandır. Danışıqlarda məntiqli davranın.

Eyni vaxtda bir neçə işi görməyə çalışmayın. Ailədə nüfuzunuz artacaq. Azyaşlı qohumlarınız sizdən nümunə götürmək istəyəcəklər.

Buğa – mental imkanlarınız artacaq. Ətrafınızdakı insanlardan birinə təsir edərək fikirlərinizi ona daha asanlıqla anlada bilərsiniz. İş prosesində dəstək verilməli məqamlarda kənara çəkilməyin. Qeyri-adi situasiyada macəra aramayın. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın.

Günün ikinci yarısı uzaqdakı insanlardan biri ilə əməkdaşlığa başlayın.

Şəxsi münasibətlərdə durum normaldır. Fəqət, çox sevdiyiniz insanlardan biri ilə ayrılıq olacaq. Potensial sifarişçi və ya müştəri ilə danışıqlara başlayın.

Əkizlər – yarımçıq qalan, həllini gözləyən işləri başa vurun. Qarşınızdakı maneələri ardıcıllıqla, tələsmədən dəf edin. Yeni işə başlamaq olar. Maraqlı layihə varsa, maraqlarınızı təmin etmək şərtilə təklifləri dəyərləndirin.

Günün ikinci yarısında dostlardan və ya tanışlardan biri ilə əməkdaşlığı intensivləşdirmək olar. Diqqətsizlik və laqeydlik sizi naqolay vəziyyətdə qoya bilər.

Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın.

Axşam saatlarını evdən kənarda keçirmək niyyətiniz varsa, relaksa can atın.

Xərçəng – yeni biliklər, məlumatlar əldə etmək üçün münasib zamandır. İmtahanı uğurla vermək, çətin sınaqdan çıxmaq olar. Yeniliklərdən imtina etməyin. Peşəkar fəaliyyətinizdə rekonstruksiyaya lüzum duyulur.

Günün ikinci yarısında iti və kəsici alətlərlə ehtiyatlı olun. Özünüzü yaxşı hiss etməsəniz belə, başladığınız işi yarımçıq qoymayın. Səhhətinizə fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Şir – ən adi, rutin işləri yerinə yetirərkən problemlərin həllinə yaradıcı yanaşın. Yaşamınızda nəyisə dəyişmək istəyəcəksiniz. Uzaq səfər və ya fəaliyyətinizin köklü yönləndirilməsi ilə bağlı fikirlər ola bilər.

Biznesdə yaxşı nəticələr istisna deyil.

Günün ikinci yarısında qohumlardan və ya dostlardan birinin əlavə maliyyəyə ehtiyacı yaranacaq. Yaşam arealınızı təkmilləşdirin. Daha rahat, komfortlu ortam yaradın.

Qız – günün ilk yarısındakı qəfil hadisə peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklərin əsasını qoyacaq. Bundan sonrakı yaşamınıza təsir edəcək qərarlar qəbul etməlisiniz.

Qəti qərar verməzdən əvvəl yaxşıca düşünün.

Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri ağırlaşdıra biləcək yanlışlığa yol verməyin. Çoxdankı ideyanızın yenidən nəzərdən keçirilməyə, təhlilə ehtiyacı var. Xaotik, spontan hərəkət etsəniz, əhvalınız pisləşə bilər.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi – düşünülməmiş addımlar atmayın, aramla və səbrlə çalışın. Tələsik qərarların fəsadları ağır ola bilər. Problemlərin həll prosesi düşündüyünüzdən də ağır, ciddi olacaq. Yolda diqqətli olun.

Günün ikinci yarısında istirahət, əyləncə fikirlərini reallaşdırmağa can atmayın. Görüləsi işlər çoxdur. Yaxınlarınızla ünsiyyətdə səmimi olun, qabalıq etməyin.

Təmaslarda qarşılıqlı anlaşmaya çalışın. Güzəştlərə meylli olsanız, irəliləyiş qaçılmazdır.

Əqrəb – situasiya sizi bu günlə bağlı planlara təcili dəyişikliklərə vadar edə bilər. Avantüra və risklərə meylli olmayın. Gözləmə mövqeyi tutun. Maliyyə məsələlərində tələskənliyə yol verməyin.

Günün ikinci yarısında alış-verişdə qənaəti unutmayın. Uzaq yola çıxmaq olar. Yaxşı hazırlaşın, detalları unutmayın. Yaxınlarınızla münasibətlərdə nəzərdə tutulmamış nüanslar yarana bilər.

Axşam saatlarında normal istirahət etmək şansını əldən verməyin.

Oxatan – çoxdankı arzularınızdan birini gerçəkləşdirmək istəyirsinizsə, dayanmadan çalışmaq gərəkdir. Bilin ki, özünüzdə müsbət dəyişikliklər olmasa işinizdə irəliləyişlərə səbəb olası yeniliklər yaşanmayacaq.

Günün ikinci yarısı sürprizlər vəd edir. Təcili sifariş almağınız istisna deyil. Sıradan çıxan texnikanı və ya avadanlığı təmir edin.

Sevdiyiniz insan və ya dəyər verdiyiniz şəxs ideyalarınızla razılaşmaya bilər.

Yaxın ətrafınızdakı insanların dediklərinizə qulaq asmalarını istəyirsinizsə, məntiqli danışın.

Oğlaq – yaxın ətrafınızdakı insanlar arasında yaranmaqda olan münaqişədən uzaq durun. Sizdən sui-istifadə etmək istəyən insanları seçməyi bacarın. Yerinə yetirə bilməyəcəyiniz işlərlə bağlı vədlər verməyin.

Yardım gözləyən insana kömək edəcəyinizi söyləyibsinizsə, sözünüzün üstündə durun.

Günün ikinci yarısında dostlar və qohumlarla təmaslarda həssas olun. Kobudluq və qabalıq yolverilməzdir. İstəmədən, təsadüfən qəlb sındıra bilərsiniz. Rasionda köklü dəyişikliklər etməyin. Aldığınız ərzağın keyfiyyətinə fikir verin.

Dolça – illüziyalara qapılmayın. Arzularınızdan birini reallaşdırmaq üçün konkret addımlar atın. Hadisələri əsla tələsdirməyin. Peşəkar fəaliyyətiniz və ya biznesinizdəki məqamları təhlil edin.

Yaxşı tanımadığınız insanlarla günün ikinci yarısında sıx təmaslarda olmayın. İnsanların gur olduğu yerə yollanmayın. Axşam saatlarını yaxınlarınızla keçirin. Rahat, sakit şəraitdə qalmağa çalışın.

Hədəfləri dəqiqləşdirin.

Balıqlar – köhnə taktikaya dəyişikliklər etmək zamanıdır. Amma ifrata varsanız, yalnız müvəqətti nəticələrə nail olacaqsınız. Yaşamınızdakı problemlərdən qurtulmaq istəyirsinizsə, fürsəti fövtə verməyin. Avadanlıq və texnikanın işində fəsadlar yarana bilər.

Günün ikinci yarısında rəqiblər fəallaşacaqlar.

Ailə qayğıları əlavə xərclər tələb edir. Dedi-qodu etməyin, qeybətə qurşanmayın. Yaxınlarınızı, dostlarınızı müzakirə etməyin. Sözləriniz onlara əyan olandan sonra özünüzə bəraət qazanmaq məcburiyyətində qala bilərsiniz.

Interval.Az 


Bütün xəbərlər