“Onları sərhəd kənarında əzməsəydik, bu gün burada ola bilməzdik”

Paytaxt Ankarada Türkiyə Gənc İş Adamları Konfederasiyası (TÜGİK) toplantısında iştirak və çıxış edən Ərdoğan deyib…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 1-də təşkil edilən “Qış qartalı” hərəkatı ilə əlaqədar “3 ayrı-ayrı nöqtədə hədəfləri bombaladıq, terrorçular qaçacaq dəlik belə tapa bilmədilər” dedi.

Interval.Az  xəbər verir ki, paytaxt Ankarada Türkiyə Gənc İş Adamları Konfederasiyası (TÜGİK) toplantısında iştirak və çıxış edən Ərdoğan deyib: “İraq və Suriyanın şimalında terrorçularun baza olaraq istifadə etdikləri Derik, Sincar və Karacak bölgələrindəki PKK yuvalarına qarşı 1 fevral gecəsi “Qış qartalı” hava hərəkatı təşkil etdik. 3 ayrı-ayrı nöqtədə hədəfləri bombaladıq, terrorçular qaçacaq dəlik belə tapa bilmədilər. Onları sərhəd kənarında əzməsəydik, şəhərlərin əmin-amanlığını təmin edə və bu gün burada ola bilməzdik.

Türkiyəni tamamilə öz modeliylə, öz gücüylə, öz proqramıyla dünyanın ən böyük ən 10 iqtisadiyyatı edəcək keçiddəyik.

Cümhuriyyətimizin qurulmasının 100-cü ildönümü olan 2023-cü ilin eşiyindəyik.

Türkiyənin dünyanın qabaqcıl istehsal və ixracat mərkəzlərindən birinə çevirmə müddətini yaşayırıq.

2021-ci ili 225 milyard dolları keçən tariximizin ən yüksək ixracatıyla bağladıq. Bu il ixracatımızı daha irəliyə aparacağıq.

Türkiyə artıq dünyanın ən qabaqcıl istehsal bazalarından biridir.”

Yıldray Arslan

Interval.Az

Bütün xəbərlər Facebook səhifəmizdə


Bütün xəbərlər