Agentliyin 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan indiyədək işinin öhdəsindən gəlmədiyinə görə 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu AQTA sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, agentliyin üç əməkdaşının qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb: “Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar”.


Bütün xəbərlər