Əfsanəvi cazmen vəfat etdi

Dünyaca məşhur cazmen və bəstəkar Çik Koria dünyasını dəyişib.

Bu barədə əfsanəvi musiqiçinin ailəsi məlumat verib.

Bildirilib ki, o, fevralın 9-da xərçəng xəstəliyindən həyatını itirib.

Qeyd edək ki, 80 yaşlı cazmen 23 dəfə “Qremmi”nin sahibi olub, 37 dəfə sözügedən mükafata namizəd göstərilib


Bütün xəbərlər