Mobil telefonla oynamağın fəsadları: Yük maşını, mikroavtobus və avtobus qəzaya uğradı – ANBAAN VİDEO

Azərbaycanda baş verən dəhşətli qəza anları kameraya düşüb.

İnterval.Az avtosfer.az-a istinadən bu dəfə 3 qəza hadisəsinin videosunu təqdim edir. İlk videoda yük maşını sürücüsü yolda hərəkət edən zaman bardürə dəyir. İkinci videoda avtobus sürücüsü yolun kənarındakı işıq dirəyinə çırpılır. Üçüncü qəzada isə mikroavtobusun sürücüsü yoldan çıxaraq divara dəyir.

Araşdırmalar zamanı məlum olub ki, hər üç qəzada sürücülərin diqqətini yayındıran əsas amil mobil telefondur.

Sükan arxasında mesaj yazmaq, telefonla danışmaq kimi məsələlər bu cür qəzalara səbəb olur. Eyni zamanda, sosial şəbəkələrdə canlı yayıma çıxaraq avtomobil idarə etməyin sonu da qəzadır.

Ümid edirik ki, sürücülər bu videolardan özləri üçün nəticə çıxaracaq.

http://


Bütün xəbərlər