Elman Rüstəmov: “Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib”

Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır.

E.Rüstəmov bildirib ki, yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir.


Bütün xəbərlər