İran Ukrayna təyyarəsinin “qara qutu”larının oxunması üçün ABŞ və Fransadan avadanlıq istəyib

İran Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin “qara qutu”larının oxunması üçün ABŞ və Fransadan avadanlıq istəyib.

İnterval.Az APA-ya istinadla xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı İran Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.

Məlumata əsasən, “Boeing 737” təyyarələrində quraşdırılmış “qara qutu”ların məlumatlarını oxumaq üçün İranda lazımi texnologiyalar yoxdur. Fransa və ABŞ İran tərəfinin tələbinə hələ müsbət cavab verməyib.

Yanvarın 20-də İran Mülki Aviasiya Təşkilatının istintaq şöbəsinin müdiri Həsən Rezayefar bildirib ki, onun ölkəsi Tehran yaxınlığında vurulan Ukrayna laynerinin “qara qutu”larını xaricə göndərmək niyyətində deyil və “qara qutu”lardakı qeydləri müstəqil olaraq oxumaq istəyirlər.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.


Bütün xəbərlər