Barışmaq üçün çağırdığı sevgilisi görüşə başqa oğlanla gəldi, “qiyamət” qopdu – VİDEO

Türkiyədə maraqlı olay yaşanıb.

İnterval.Az xəbər verir ki, Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbulun Avcılar səmtindəki kafelərin birində qəribə səbəbdən dava düşüb.

Belə ki, qız bir müddət əvvəl ayrıldığı sevgilisi ilə görüşə başqa oğlanla gəlib.

Oğlan bir həftə əvvəl xətrinə dəydiyi qızla dəfələrlə barışmağa can atsa da, qız razı olmayıb. Güc-bəla ilə qızı 1 həftə sonra görüşməyə razı salan oğlan keçmiş sevgilisinin yanında başqa oğlan görəndə özünü itirib. Əsəblərinə hakim ola bilməyən gənc sevgilisini və onun yanında gələn şəxsi yumruqlayıb.

Qız polisə xəbər verərək yardım istəyib. 3 nəfər hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.

Kafedə baş verən mübahisə anı təhlükəsizlik məqsədi ilə quraşdırılan kameralara düşüb.

Milli.Az görüntüləri təqdim edir:

http://


Bütün xəbərlər