Maraqlı “Son zamanlar Beren ailə həyatı və paylaşımları ilə gündəmdədir” – FOTO

Türkiyənin məşhur aktrisası Nurseli İdiz maraqlı açıqlama verib.

İnterval.Az ölkə.az-a istinadən bildirir ki, o, maqazin proqramlarının birində aktrisa Beren Saat haqqında bu sözləri deyib:

“2001 – 2002 ci ilərdə “Türkiyə ulduzları” yarışmasında jüri idim. Beren Saatla Engin Akyüreyi biz seçdik. Ancaq Beren bunu heç yerdə açıqlamır. Əvvəllər peşəkar aktrisa və aktyorlara hörmət vardı. İndi o hörmət itib. Mən demirəm mənə zəng vursun, maraqlansın. Heç olmaya bunu xatırlasın”, – o bildirib.

Bundan başqa o, Berenin peşəkarlığının onun üçün ikinci plana keçdiyini də vurğulayıb.

“Hazırda Berenin aktrisalığı onun üçün ikinci plana keçib. Son zamanlar o, ailə həyatı və “İnstagram” paylaşımları ilə gündəmdədir. Ümüd edirəm ki, yeni çəkildiyi serialda o, bütün peşəkarlığını ortaya qoya biləcək”, – İdiz söyləyib.

Qeyd edək ki, aktrisa Beren Saatla həyat yoldaşı Kənan Doğulunun boşanacağı xəbəri uzun müddətdir ki, medianın gündəmindədir.


Bütün xəbərlər