ŞOK XƏBƏRDARLIQ! Dünya nüvə müharibəsinin bir addımlığında

ABŞ prezidenti Co Bayden Moskva rəhbərliyinin Belarusda yerləşdirdiyi nüvə silahlarından danışıb.

İnterval.Az musavat.com-a istinadən bildirir ki, Baydenin sözlərinə görə, Putinin taktiki nüvə silahlarından istifadə təhlükəsi artıq realdır.

ABŞ lideri rusiyalı həmkarının bu addımının “tamamilə məsuliyyətsiz” olduğunu vurğulayıb.

Qərb mətbuatında dərc edilən təhlillərdə Belarusda yerləşdirilən nüvə silahlarının Avropa üçün böyük təhlükə yaratdığı qeyd edilib.

Xatırladaq ki, ilk nüvə başlıqları bir neçə gün əvvəl Belarusa çatdırılıb.

Putin Rusiya ilə Belarus arasında imzalanan “Birlik dövləti” razılaşması çərçivəsində Belarusda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı işlərin davam etdiyini bildirib:

“Bildiyiniz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ilə müqavilə çərçivəsində Belarusa nüvə-taktiki silahlar göndərilməsi barədə məsləhətləşmələr aparırıq. İlk nüvə başlıqları Belarus ərazisinə çatdırıldı. Bu, ilk addım idi. Biz bu işi ilin sonuna qədər yekunlaşdıracağıq”.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər