Faiq Ağayev ad günündə məxsusi jest edib: “Asta-asta” hər yerdə – FOTO

Bu gün ad gününü qeyd edən Azərbaycanın xalq artisti, “Cənab Qızıl Şlyager” Faiq Ağayev sevənləri üçün maraqlı jest edib.

İnterval.Az xəbər verir ki, xalq arstisti “Facebook” sosial şəbəkəsində yeni ifa etdiyi “Asta-asta” mahnısının bu gündən etibarən ölkənin bütün radio dalğalarında yayımlanacağını qeyd edib.

Davamlı həm ad günü ilə, həm də yeni yaradıcı işlə bağlı təbrik mesajları alan F.Ağayevin yayımladığı video da qeyri-adiliyi ilə seçilir. Elçin Səlimovun müəllifi olduğu qısa video maraqlı izlənilir.

Məlumat üçün bildərək ki, 29 dekabr 1971-cı ildə Bakıda anadan olan F.Ağayev, peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub və bu müsabiqədən sonra “Qızıl Payız-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbəikən peşəkar ifaçı kimi ad qazanıb.

Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan F.Ağayev, yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib. O, 2013-cü və 2015-ci illərdə Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

Fuad Mədətov


Bütün xəbərlər