Yevlax polisi əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

İnterval.Az   Milli.Az-a istinadən bildirir ki, Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Nəticədə iki kiloqram narkotik vasitə və psixotrop həb, bir “Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və bir  ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan beş ədəd ov tüfəngi götürülüb.

Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən üç, axtarışda olan yeddi nəfər saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, səbəbsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən iki sürücü məsuliyyətə cəlb edilib.

Zamiq Yunisov 

İnterval.Az  

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər