“Western Union” Rusiya və Belarusda fəaliyyətini dayandırır

“Western Union” beynəlxalq pul köçürmələri sistemi Rusiya və Belarusda fəaliyyətini dayandırır.

Interval.Az xəbər verir ki, bu barədə şirkətin saytında deyilir.

Şirkət, həmçinin qeyd edir ki, son həftələr ərzində onun komandası ukraynalı müştərilərə, o cümlədən, məcburi köçkünlərə hər cür dəstək vermək üçün çalışır. Buraya humanitar yardım səylərini və pulsuz pul köçürmə xidmətlərini dəstəkləmək üçün ianələr daxildir.

Interval.Az


Bütün xəbərlər