“Buta Airways”in təyyarəsi Ankaradan İstanbulun yeni aeroportuna yola salınıb – YENİLƏNİB

Bakı vaxtı ilə saat 14:00-da təyyarə Esenboğa aeroportundan İstanbulun yeni hava limanına yola düşüb.

İnterval.Az bildirir ki, “Buta Airways” şirkətindən Trend-ə verilən məlumata görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobuslar vasitəsilə İstanbulun yeni hava limanına çatdırılmışlar və yola düşməyə hazırlaşırlar.

* * *

“Buta Airways” J2-9103 nömrəli reysində hava gəmisinin Ankarada enməsi ilə bağlı açıqlama yayıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, açıqlamada deyilir: “Sabiha Gökçen aeroportunun baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib”.

Əlavə olaraq qeyd olunub ki, Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.


Bütün xəbərlər