“Rusiya ilə münasibətlərimiz heç vaxt indiki kimi olmayıb” – Ərdoğan

 

#TÜRKİYƏ
“Xarici siyasətdə məqsədimiz daha çox düşmən deyil, dost qazanmaqdır.”

Interval.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan trabzonlu gənclərlə görüşü zamanı deyib.

O, qeyd edib ki, Türkiyə bu günə qədər yaxın qonşuları Rusiya, Ukrayna, İran və ya Avropa ölkələri ilə həmişə dostluq etməyə çalışıb.

“Təbii ki, Rusiya ilə münasibətlərimizdə tarixə nəzər yetirdikdə dostluğumuz həqiqətən indiki kimi olmayıb. Daha da əhəmiyyətlisi, bu dövrdə ticarət həcmi baxımından çox ciddi naliyyətlərimiz olub. Bunların arasında strateji əhəmiyyət daşıyan məhsullar Rusiya ilə münasibətlərimizi yaxşı mövqeyə gətirib. Bunlardan ən əsası təbii qazdır”, – deyə Türkiyə Prezidenti qeyd edib.

R.T.Ərdoğan əlavə edib ki, Rusiya ilə nüvə enerjisi sahəsində də yeni əməkdaşlıq addımları atılır. Onun sözlərinə görə, Akkuyu Atom Elektrik Stansiyasının tikintisi gələn ilə kimi tamamlanacaq.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər