Bakıda ata 12 yaşlı oğlunun şah damarını kəsdi – FOTO

“Sənin ayağının şah damarı niyə kəsilib?”

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, bu sualla Xoşqədəm Hidayətqızı verilişinə anasını axtarmaq üçün çıxan 12 yaşlı oğlan uşağına müraciət edib.

Hüseyin adlı azyaşlı qaldıqları Sabunçu ərazisində qaraçı uşaqları tərəfindən ayağının damarının kəsildiyini deyib.

Az sonra efirə gələn anonim zəng zamanı Hüseyngilin Sabunçuda qonşusu olduğunu bildirən qadın, uşağın ayağının şah damarını doğma atasının kəsdiyini bildirib. Qadının sözlərini Hüseyn təsdiq edib:

“Atamı pis vəziyyətdə qoymamaq üçün sizə yalan demək məcburiyyətində qaldım. Bəli, ayaq damarımı atam kəsib”.

Hüseyn atasının həbsdə olduğunu, anasının isə Xırdalanda bir kafedə işlədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, ailənin 5 uşağı anası tərəfindən tərk edilib.

 


Bütün xəbərlər