Azərbaycanda azyaşlı oğlan zorlanıb? – Rəsmi AÇIQLAMA

Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil.

İnterval.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov deyib:

“Məsələ ondadır ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Məhəmməd Əvəzov ötən il oktyabrın 16-da İmişli RPŞ-yə ərizə ilə müraciət edərək 14 yaşlı oğlu Vüqarın yaşadığı evin yaxınlığında qoyun otardığı vaxt tanımadığı şəxs tərəfindən boğularaq boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirməklə bu barədə tədbir görülməsini xahiş edib.

Araşdırma zamanı müvafiq şəxslərin izahatları alınmış, hadisə yerinə baxış keçirilmiş, şəkillər çəkilib, baxış protokolu tərtib olunaraq materiala əlavə edilib.

Vüqarı müayinə edən həkim və ekspert rəyində qeyd olunur ki, onda aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vüqarın guya zorlanması və kanala atılması isə, ümumiyyətlə, uydurma və əsassız iddiadır.

Bundan başqa araşdırma zamanı Vüqarı döydürdüyü iddia olunan Zahid Vəliyev izahatında göstərib ki, Məhəmmədlə aralarında torpaq mübahisəsi var. O, həmçinin Vüqarın üstünə adam göndərmədiyini və onu döydürmədiyini, torpaq sahəsini icarəyə vermədiyi üçün Məhəmmədin qərəzli olaraq ondan əsassız şikayət etdiyini bildirib”.


Bütün xəbərlər