Göyçay-Ağdaş seçki dairəsi: seçicilərdən 383 nəfəri ilk dəfə səs verir

89 saylı Göyçay-Ağdaş seçki dairəsində bələdiyyə seçkilərinin mühüm mərhələsi olan səsvermə kampaniyası seçicilərin yüksək fəallığı şəraitində keçir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, dairənin sədri Nizam Məhərrəmov bildirib ki, dairənin əhatə etdiyi 36 məntəqə üzrə 39 min 869 nəfər seçici istədiyi namizədə səs verir. Qeydə alınan namizədlər 328 nəfərdir.

Seçicilərdən 383 nəfəri ilk dəfə səs verir. Günün ikinci yarısınadək xeyli seçici məntəqələrə gələrək səsvermədə iştirak edib. Məntəqələrdə səsvermə Seçki Məcəlləsinə uyğun olaraq tam aşkarlıq və demokratik şəraitdə keçir. Prosesin gedişini 368 müşahidəçi izləyir.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.


Bütün xəbərlər