İtinə 5 milyon dollar miras qoyub

Amerikalı biznesmen Bill Dorris border-kolli cinsindən olan Lulu adlı itinə böyük məbləğdə miras qoyub.

Tennessi ştatının Neşvill şəhərindən olan sahibkar sevimli itinə 5 milyon dollara yaxın pul vəsiyyət edib. Bill Dorrisin həyat yoldaşı və uşaqları olmayıb və o, öz itini çox sevirdi. Vəsiyyətnaməyə əsasən, həmin vəsait Lulunun adına olan etibarnamə hesabına köçürüləcək.

Səkkiz yaşlı itə mərhumun rəfiqəsi Marta Berton baxacaq və o, buna görə aylıq məvacib alacaq.

Sahibkarın, habelə konfederativ ordunun generalı Nataniel Bedford Forrestin abidəsinin yerləşdiyi torpaq sahəsi də var. Avtomobil şosesi yaxınlığındakı bu torpağın və abidənin aqibəti isə miras məhkəməsində həll olunacaq.


Bütün xəbərlər