SİYASƏT TÜRKSOY ölkələrinin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Azərbaycana keçir

Hazırki iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçir.

Interval.Az bildirir ki, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə ciddi nailiyyətlər əldə ediləcəyinə ümdi edirik.

“Bu il may ayının 12-də “Şuşa türk dünyasının mədəniyyət paytaxtı 2023 ili”nin açılış mərasimi baş tutacaq. İnanırıq ki, bu türk dövlətləri arasında mədəniyyət sahəsinə əməkdaşlığın inkişafına uğurlu olacaqdır” – deyə o A.Kərimli əlavə edib.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər