Bakı polisi: “Bakıda restorandan çıxan şəxsin ətrafdakılara hücum etməsi yalandır”

Bakı Şəhər Baş Polis İdarəsi Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə danışan Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib deyib ki, yayılan məlumatlar əsassızdır: “Tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib. Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb.

Fakt üzrə Nərimanov RPİ təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaiyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər. Jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdiyyət yaradılmadan tərəfimizdən cavablandırılır.


Bütün xəbərlər