ATV-yə yeni İcraçı direktor təyin olundu

Telekanalın mətbuat xidmətindən İnterval.Az-a verilən məlumata görə, “Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə İsmayıl Həsənov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər “ARB Media Qrup”un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.


Bütün xəbərlər