Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin rəngarəng konserti – VİDEO – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Bakı Kamera Orkestrinin konserti keçirilmişdir. 

Interval.Az  xəbər verir ki,   Gecədə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artistiFərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Konsertdəİ.S.Baxınİki piano və orkestr üçün C-dur Konserti, Y.Haydnın Piano və orkestr üçün D-dur, op.21 №11Konserti, V.MustafazadəninPiano və orkestr üçün Konserti, S.Raxmaninovun İki piano və orkestr üçün op.17 №2Süitası, (II.Vals, III.Romans, IV.Tarantella)  dinləyicilərə təqdim olunmuşdur.

Konsertin birinci hissəsində Fərhad Bədəlbəyli bu dünyanıtərk etmiş yaxınlarına həsr etdiyi “Adajio” əsərini dirijorluq etmişdir.

Y.Haydnın Re Major konsertinin Azərbaycan Respublikasının Xalq Artisti MuradAdıgözəlzadə tərəfindən ifası və eyni zamanda azərbaycan fortepiano məktəbiningörkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin dirijor kimi tamaşaçılar qarşısındaçıxış etməsi dinləyicilər üçün xoş sürpriz olmuşdur.

Gurultulu alqışlardan sonra Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə hər kəsin sevdiyi “Dəniz” əsərini ifa etmişlər.

Zamiq Yunisov

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər