Siyavuş Novruzov: “Yeraltı parkinqlərin qiyməti endirilməlidir”

“Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb, yeraltı parklar tikilib. Amma içərisinə girirsən, futbol meydançasına oxşayır”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, təxminən on minlərlə maşının saxlanılması üçün yeraltı parklar var: “Amma içərisi bomboşdur. Çünki ora 7-8-9 manat qiymət qoyub. Aya vuranda bu 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdır”.


Bütün xəbərlər