Kirayə evlərin qeydiyyatına yarım saat qalsa da, sayt çökdü

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün müraciətlər qeydiyyata alınacaq.

Lakin hazırda onlayn sistemdə problemlər yaranıb.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən yarım saat sonra qeydiyyata start veriləcək və hazırda e-gov.az portalının ipoteka bölümü yüklənmə səbəbi ilə işləmir. Belə olan halda isə vətəndaşların müraciət etməsi qeyri-mümkün hala gəlib.

Qeyd edək ki, sosial mənzil sisteminin də ilk mərhələrində onlayn sistem çökdüyü üçün mənzillərin satış nəticələri ləğv edilib, təkrar satış həyata keçirilmişdi.


Bütün xəbərlər