Tofiq Musayev MMA üzrə nüfuzlu turnirdə “Pitbull”u BELƏ MƏĞLUB ETDİ – VİDEO

Dekabrın 31-də MMA üzrə ən nüfuzlu turnirlərdən olan “Rizin Gran Prix 2019″un final döyüşü keçirilib.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Yaponiyada turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və braziliyalı Patrik Freire üz-üzə gəlib.

Hakimlərin yetkin qərarına əsasən Tofiq Musayev hər üç raundda “Pitbull” ləqəbli rəqibindən üstün olub. Beləliklə, Tofiq “Rizin Gran Prix 2019” turnirinin qalibi elan edilib.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl qalib gəlib.

Bu da döyüşün videosu:

http://


Bütün xəbərlər