Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqləndi

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.

İnterval.Az bildirir ki, Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır.

1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

– “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;

– “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.

4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

– “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

– Karbamid zavodu;

– Metanol zavodu.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər