“Çukur” final edir

Reytinq rekordları qıran “Çukur” serialının final edəcəyi bildirilib.

Ekran işinin bu həftə yayımlanan bölümündə hadisələrin 2 il sonrakı versiyası ekrana gələcək. Serialda Efsun övladıyla yer alacaq.

Finalın isə mayda olacağı söylənilir. “Çukur” 125-ci bölümdə ekrana vida edəcək.

Qeyd edək ki, serial 2017-ci ilin payızından yayımlanır. Serialda Aras Bulut İynemli, Perihan Savaş, Necip Memili, Erkan Kolçak Köstendil, Kubilay Aka kimi sənətçilər yer alır


Bütün xəbərlər