İtaliyada son gündə koronavirusdan 260 nəfər ölüb

İtaliyada son gündə koronavirusdan 260 ölüm hadisəsi qeydə alınıb. Bu, mart ayının ortalarından indiyədək ən az göstəricidir.

İnterval.Az xəbər verir ki, Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Mülki Müdafiə idarəsi bildirib.

Ölkədə yoluxanların ümumi sayı 197 675 (şənbə axşamı ilə müqayisədə 2 324 nəfər çox), ölənlərin sayı isə 26 644 nəfərdir. Hazırda COVID-19 virusundan hələ də 106 mindən çox İtaliya sakin müalicə alır.

Daha əvvəl İtaliyanın Baş naziri Cüzeppe Konte ölkə sənayesinin əhəmiyyətli bir hissəsinin işini mayın 4-də bərpa etmək niyyətində olduğunu bildirib. Eyni zamanda şirkətlərdən sərt sanitariya standartlarına riayət etmələri tələb olunacaq.


Bütün xəbərlər