Ərdoğanın köməkçisi: “Paşinyan da Antalya Diplomatiya Forumuna gələcək”

 

Qarabağın azad edilməsi sülhün açarıdır.

Interval.Az bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay “A-Haber” telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri əslində 30 il ərzində mümkünsüzlüyü həll kimi təklif edirdilər. Nəticə etibarı ilə uduzan sadəcə Ermənistan oldu, Azərbaycan isə hərtərəfli şəkildə gücləndi.

“Türkiyə – Ermənistan arasında münasibətlərin normallaşma prosesində xüsusi nümayəndələr təyin olundu və müsbət mesajlar verildi. Ümid edirik ki, bu proses sürətlənəcək və biz Ermənistanla çox qısa müddətdə irəliləyə bilərik. Bundan əlavə, dəhlizlər açılacaq. Ermənistanın Baş naziri Paşinyan da Antalya Diplomatiya Forumuna gələcək” deyə o bildirib.

Yıldray Arslan   

Interval.Az


Bütün xəbərlər