“Koroğlu” metrostansiyası istiqamətində avtobillərin hərəkəti dəyişdirilib – FOTO

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasının tarixi bayram tədbirləri ilə əlaqədar dəyişdirilib.

Bu barədə İnterval.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Belə ki, məhdudlaşma 01 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.


Bütün xəbərlər