Türkiyədəki zəlzələdə Şabanın da evi uçdu – FOTO

Bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələ nəticəsində çökən binalar arasında əfsanəvi aktyor Kemal Sunalın da yaşadığı ev var.

İnterval.Az-ın məlumatına görə, Milli.Az haberler-ə istinadla xəbər verir ki, Şaban adı ilə tanınan məşhur aktyorun evi 6.8 ballıq zəlzələ zamanı çökən mənzillər arasındadır.

Bu barədə məlumatı “Sabah” qəzetinin jurnalisti Yavuz Donat öz köşəsində qeyd edib.

Xatırladaq ki, Kemal Sunal 2000-ci ilin iyul ayında vəfat edib.


Bütün xəbərlər