Siqaret çəkən iki futbolçu Azərbaycan millisinin heyətindən qovuldu

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

İnterval.Az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Milli.Az-a bildirilib ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.


Bütün xəbərlər