Bakıda avtobus yandı

Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobusunun yanması barədə məlumat yayıb.

İnterval.Az xəbər verir ki, Agentlikdən Milli.Az-a verilən məlumata görə, bu gün saat 09:40 radələrində Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metro stansiyası yaxınlığında) Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQN-lı avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

Yanğın sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib.

Avtobusda xəsarət alan yoxdur.


Bütün xəbərlər